A

Qəbul imtahanlarında yüksək bal toplayaraq, UNEC-ə qəbul olan tələbələrimizi tanıtmaqda davam edirik.

Növbəti tələbəmiz UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisasına (ingilis dilində) 656,4 bal toplayaraq, qəbul olan Cəlal İbrahimlidir. O, İsmayıllı rayonu 1 saylı tam orta məktəbi bitirib.

- Cəlal, sizin üçün universitet seçimində önəmli olan nə idi?

- UNEC-in reytinq cədvəlində ölkədə birinci olması və dünya universitetləri arasında hər il mövqeyini gücləndirməsi seçimimdəki əsas amillərdən idi. Tələbələrin rahat və yüksək keyfiyyətli təhsil alması üçün yaradılan şərait və yeni kampus da təbii ki, seçim meyarlarımda önəmli rol oynadı.

- UNEC barədə yeniliklərlə haradan tanış olurdunuz?

- UNEC-in bütün sosial şəbəkələrindən universitetlə bağlı yenilikləri izləyirdim, daha çox isə “Telegram” səhifəniz üzərindən məlumatlarla tanış olurdum.

- UNEC-də tələbələr üçün yaradılan hansı imkanlardan faydalanmağı düşünürsünüz?

- Universitetdə özümüzü inkişaf etdirmək üçün yetərincə imkanlar var. Xarici universitetlərlə olan ikili diplom proqramı da bunlardan biridir. Gələcəkdə həmin proqramı dəyərləndirmək istəyirəm. UNEC-in xüsusi təqaüd imkanı tələbələrin daha çox çalışaraq, yüksək nəticələr əldə etmələri üçün böyük motivasiyadır və sağlam rəqabəti daha da gücləndirdiyini düşünürəm. TOP15 təqaüdünü də qazanmaq üçün  əlimdən gələni edəcəm.

- Karyera ilə bağlı hansı planlarınız var?

- Təcrübə qazandıqdan sonra böyük və qlobal layihələrdə iştirak edərək, daha da inkişaf etmək, İT sahəsində nüfuzlu biri olmaq əsas hədəflərimdəndir.

- Yüksək bal toplamaq istəyən abituriyentlərə nə tövsiyə edərdiniz?

- Hər bir mövzunu dərindən və başa düşərək öyrənsinlər. Həmçinin sistemli və əzmlə çalışsınlar.

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

- İdmana böyük marağım var və boş zamanım olduğunda dostlarımla birlikdə komanda oyunları oynayırıq. Universitetin böyük idman zalı var. Orada yoldaşlarımla basketbol, voleybol oynayırıq. Komanda formalaşdırıb, digər tələbələrlə yarışlar da keçirməyi nəzərdə tutmuşuq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay