A

Radio UNEC-in "Tibb saatı"ın proqramının növbəti buraxılışı efirə gedib.

Rəqəmsal Könüllülər Təşkilatının SABAH qrupları üzrə sədri Sonaxanım İsmayılovanın təqdim etdiyi proqramın bu dəfəki qonağı 3 nömrəli tələbə poliklinikasının baş həkimi Adilə Ukalayeva olub.

Adilə xanım proqramda nevroz xəstəliyi, onun əlamətləri və müalicəsi haqqında məlumat verib. Həmçinin günümüzdə yayılmaqda olan qızılca xəstəliyinə yoluxmanın əlamətləri və müalicəsi barədə dinləyiciləri məlumatlandırıb.

Qeyd edək ki, proqram hər həftənin cümə axşamı, saat 11:00-da efirə gedir.

TOP XƏBƏRLƏR