Radio UNEC-də yayımlanan “Elm və cəmiyyət" verilişinin növbəti buraxılışı akademik Yusif Məmmədəliyevin elmi irsinə həsr olunub.
Verilişin aparıcısı UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Röya Məmmədova dinləyiciləri mövzu ilə tanış edib.
O, akademikin həyat yolu, elmi fəaliyyəti və Azərbaycan elminin inkişafında oynadığı mühüm rol barədə ətraflı məlumat təqdim edib. Eyni zamanda onun insani keyfiyyətləri, ziyalılıq nümunəsi və elmi ictimaiyyətdə buraxdığı silinməz izləri dinləyicilərin diqqətinə çatdırıb.