A

Hər həftə Radio UNEC-də efirə gedən “UNEC-ə Dair” verilişinin növbəti qonağı 690 bal toplamış Turqay Nəsirli oldu.

Beynəlxalq İqtisadiyyat Məktəbinin Mühasibat uçotu və audit ixtisasında təhsil alan  Turqay vaxtilə “UNEC-də bir gün” layihəsində iştirak etmişdi. Bu layihə onun ixtisas seçiminə böyük təsiri olduğunu qeyd etdi. Layihə zamanı Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru olmuş, Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Anar Rzayevlə olan söhbəti Turqayın seçiminə müsbət təsir göstərib.

Verliş zamanı Turqay UNEC-in xarici universitetlərlə olan tələbə mübadilə proqramlarında iştirak etmək niyyətində olduğunu, öz ixtisasını daha da dərindən öyrənmək istədiyini qeyd etdi.

“Niyə UNEC?” sualına isə Turqay, burada ingilis dilində təhsil almaq imkanını, tələbəsi olduğu BİM-də tələbələr arasında güclü rəqabət mühiti olduğunu və digər amilləri İqtisad Universitetinin üstünlükləri sırasına daxil olduğunu bildirdi. Məhz bu xüsusiyyətlərə görə Turqay UNEC-də təhsil almaq istədiyini bildirdi. “UNEC-də dərs keyfiyyətinin yüksək olmasına heç bir şübhəm yox idi. Burada təhsil aldıqdan sonra savadlı və bacarıqlı kadr olacağıma inanıram”.

TOP XƏBƏRLƏR