A

Abituriyentlərin Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC-ə) qəbulunun stimullaşdırılması və təbliğat işinin aparılması üçün universitet əməkdaşlarının orta məktəblərə səfərləri davam edir.

UNEC-in “Qiyabi təhsil” şöbəsinin müdiri Yalçın Köçərli və “Sosial sferanın iqtisadiyyatı idarə edilməsi” kafedrasının dosenti Elşən Məmmədov 289 saylı    “Zəngi” liseyi, 17 saylı və 47 saylı tam orta məktəblərdə şagirdlərlə görüşlər keçirib. Təbliğat zamanı UNEC-də tədris mühiti, onun fərqlilikləri və üstünlükləri haqqında tam dolğun və ətraflı məlumatları abituriyentlərə çatdıraraq, onları maraqlandıran sualları cavablandırmışlar.

“Zəngi” liseyinin direktoru Almaz Əsgərova  2017/18-ci tədris ilində liseyin 130 məzunundan 31-nin 600 baldan yuxarı göstərici ilə UNEC-i seçməsini universitet tələbələrinin 4 dildə təhsil almaq imkanı, Avropa universitetləri ilə “Erasmus+”, Türkiyə universitetləri ilə “Mevlana” mübadilə proqramlarında iştirakı, ikili diplom layihələri və digər beynəlxalq proqramlarda iştirakı ilə əlaqələndirmişdir. Liseyin rəhbərliyi UNEC-lə faydalı əlaqələrin genişləndirilməsi, şagirdlər arasında biznes ideyalarının formalaşdırılması, innovativ təşəbbüslərin yaradılması, şagirdlərin beynəlxalq olimpiadalarda müvəffəqiyyət qazanması üçün universitetin elmi-pedoqoji kadrlarının potensialından istifadə edilməsi, o cümlədən ölkədə ilk dəfə olaraq 7 gün, 24 saat fəaliyyət göstərəcək kitabxananın xidmətlərindən istifadə etmək üçün dəstəyə ehtiyac olduğunu bildirmişdir.

17 saylı tam orta məktəbin direktoru Nazilə Əliyeva 81 məzunundan 16-nın UNEC-i seçməsini iqtisadiyyat və biznes profili üzrə UNEC-in regionda ən böyük universitet olması ilə əlaqələndirdi. Universitetimizdə həyata keçirilən ikili diplom proqramları şagirdlər tərəfindən maraqla qarşılandı.

47 saylı tam orta məktəbin direktoru Aytən Bağırova şagirdlərin UNEC-də yaradılan tədris mühiti, tələbələrin təşəbbüskarlığı,  elektron universitet modelinin tətbiqi barədə artıq məlumatlı olduqlarını nəzərə çatdırdı. Təbliğat zamanı UNEC-in Şərqi Avropa və Mərkəzi Asiyanın isə 4-cü universiteti olması, ikili diplom layihələri şagirdlərdə xüsusi maraq oyatdı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay