Prezident İlham Əliyev "2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" Sərəncam imzalayıb.
UNEC-in tələbəsi Azər Əliyev və məzunu Emiliya Bayramova Prezident İlham Əliyevin Sərəncamına əsasən, Gənclər üçün Prezident mükafatına layiq görülüblər.
Azər Əliyev 2010-2014-cü illərdə UNEC-in Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində “Dünya iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda isə UNEC-də MBA proqramında “Layihələrin idarəedilməsi” ixtisası üzrə magistr təhsili alır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir.
Emiliya Bayramova 2016-2020-cu illərdə UNEC-in Rus İqtisad Məktəbində “Beynəlxalq münasibətlər“ ixtisasıüzrə bakalavr təhsili alıb. Hazırda “ASAN Könüllüləri Gənclər Təşkilatının sədridir.
Azər Əliyev və Emiliya Bayramovanı təbrik edirik, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!