A

“Həftənin kitabı” layihəsi bu həftə “Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş” kitabını təqdim edir.

Kitabın müəllifləri Bakı Ali Neft Məktəbinin rektoru, coğrafiya elmləri namizədi, dosent Elmar Qasımov və Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasovdur.

Dərsliyin yazılmasında əsas məqsəd bərpa olunan enerji ehtiyatları, onlardan istifadə və bu sahədə müasir problemlər barədə müfəssəl baza bilikləri yaratmaqdır. Ölkəmizdə bərpa olunan enerji ehtiyatlarından istifadə ilə bağlı Azərbaycan dilində yazılmış ilk dərslik olduğu üçün kitabın elmi-nəzəri və praktiki əhəmiyyəti olduqca böyükdür.

216 səhifəlik “Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş” kitabı 2022-ci ildə “bp” şirkəti və tərəfdaşları tərəfindən müvafiq ali təhsil müəssisələrinin akademik heyətinə töhfə olaraq nəşr edilib. Oxucu-istifadəçilər əsəri UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay