A

“Həftənin kitabı” layihəsi bu həftə Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev və Mehriban Əliyevaya həsr olunan trilogiyanın “Ümid qapısı” kitabını təqdim edir.

"Fateh”, "Fəthin yolu” və  "Ümid qapısı” kitablarının müəllifi əməkdar jurnalist Xalid Niyazovdur.

Trilogiyanın bu kitabı Heydər Əliyevin zəngin mənəvi irsinin sadiq daşıyıcısı və qoruyucusu, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxcəhətli fəaliyyətinə həsr edilib. Müəllifin məqalələri Mehriban xanım Əliyevanın mənəvi məsuliyyətini, təşəbbüskar vətəndaşlıq mövqeyini, milli-mənəvi irs və dəyərlərin, elm və təhsilin səviyyəsinin yüksəldilməsi, fəal maarifçilik kursunun həyata keçirilməsi, səhiyyənin inkişafı, insanların fiziki və mənəvi sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi strateji layihələri  təcəssüm etdirir. Kitabının redaktoru İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva, məsləhətçiləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, YUNESKO-nun eksperti Vüqar Məmmədov və Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundovadır.

240 səhifəlik “Ümid qapısı” kitabı 2016-ci ildə “OSKAR” NPM mətbəəsində çapdan çıxıb. Oxucu-istifadəçilər kitabla UNEC KİM-in 24/7 Kitabxanasında yaxından tanış ola bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay