“Həftənin kitabı” layihəsi bu həftə “Maliyyə hüququ” kitabını təqdim edir. Kitabın müəllifi iqtisad üzrə fəlsəfə doktoru, dosent Müşfiq Ramazanovdur.
Dərslikdə maliyyə hüququnun müstəqil elm kimi inkişafı, onun predmeti, aktuallığı, məqsədi, sistemi, prinsipləri ilə yanaşı, maliyyə hüquq münasibətlərinə aid digər mövzuların da hər birinin ətraflı şərhi verilib. Eləcə də, kitabda maliyyə hüququnun digər hüquq sahələri ilə əlaqəsi, Azərbaycan Respublikasının maliyyə, büdcə, bank sistemi, maliyyə, valyuta nəzarəti, vergi və sığorta münasibətlərinin hüquqi tənzimlənməsi, büdcədənkənar dövlət fondlarının fəaliyyətinin hüquqi tənzimlənməsi və s. kimi aktual məsələlərə geniş yer verilib, təhlil edilib.
532 səhifəlik “Maliyyə hüququ” kitabı 2024-ci ildə “Orxan” Nəşriyyat və Poliqrafiya müəssisəsində çapdan çıxıb. Oxucu-istifadəçilər dərsliyi UNEC-in bütün kitabxanalarından, həmçinin 24/7 kitabxanasından əldə edə bilərlər.