A

Həftənin kitabı bu həftə “Mühəndis mexanikası” kitabını təqdim edir. Kitabın müəllifləri professor Etimad Eyvazov, dosent Elman Cəfərov, dosent Ceyhun Musayevdir.

Dərslikdə statika, kinematika, dinamika, materiallar müqaviməti, maşın hissələri və layihələndirmə, mexanizmlər kinematikası və maşınlar dinamikası bölmələrinin geniş təhlili verilib. Kitab bu mövzuları əhatə edən çoxsaylı müasir xarici dərs vəsaitlərinə istinadən hazırlanıb.   

Kitabda mövzu izahını tam anlatmaq məqsədilə nümunə həllər ilə sərbəst çalışmaya yönəlmiş tapşırıq və məsələlərə də yer verilib. Kitabın içində mürəkkəblik dərəcəsi baxımından bir-birindən fərqli olan 200-dən artıq məsələ həlli ilə birlikdə verilib. Müəlliflərin məlumatına görə, bu kitab çapa verilməsi ilk dəfədir.

576 səhifəlik “Mühəndis mexanikası” kitabı 2024-ci ildə “İqtisad Universiteti” Nəşriyyatında çapdan çıxıb. Oxucu-istifadəçilər dərsliyi UNEC-in bütün kitabxanalarından, həmçinin 24/7 kitabxanasından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay