A

“Həftənin kitabı” layihəsində bu dəfə oxucular “Keys menecment” kitabı ilə tanış olacaqlar.

Müəllifləri Artur C.Frankel və Şeldon R.Gelman olan kitab keys menecment prosesinə sənət və elm kimi yanaşılaraq yazılıb. Keys menecmentin spesifik aspektlərini vurğulamaq üçün bir çox mənbələrdən istifadə edilib. Kitab keys menecmentin sosial xidmətlərdə bacarıqların formalaşması üçün çox əhəmiyyətlidir. Keys menecmentin hədəfləri tək sosial işçilər üçün deyil, həm də tibb mərkəzləri, psixi sağlamlıq müəssisələri və ədliyyə mərkəzlərində işləyən keys menecerlər üçün mükəmməl resursdur.

“Keys menecment.Giriş: Konsepsiyalar və Bacarıqlar kitabı BP şirkətinin tərcümə kitabları çərçivəsində 2019-cu ildə çapdan çıxıb. Kitab 191 səhifədir.

Oxucular “Keys menecment. Giriş: Konsepsiyalar və Bacarıqlar” kitabını UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay