A

“Həftənin kitabı” bu həftə oxuculara “ZƏFƏR Salnaməsi. A chronicle of VICTORY. Хроники ПОБЕДЫ” kitabını təqdim edir.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsinə həsr edilmiş ilk irihəcmli kitabdır. Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ön sözü ilə başlayır.

Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dönməz siyasi iradəsi, strateji baxışı və sistemli yanaşması, son 17 ildə yürütdüyü daxili və xarici siyasət, ölkənin illər ərzində toplanmış iqtisadi gücünün siyasi, diplomatik və hərbi gücə transformasiyası, erməni işğalı ilə barışmayan xalqımızın və gənc nəslin torpaqlarımızı azad etmək əzmi, prezident-xalq-ordu birliyinin vahid dəmir yumruq olaraq birləşməsi kimi qürurdolu tarixi səhifələr öz əksini tapıb. Kitab son illər baş vermiş hadisələrin, Azərbaycan Prezidentinin bütün fəaliyyətinin məhz torpaqların işğaldan azad olunmasına yönəldiyini nümayiş etdirir.

Salnamədəki məlumatlar Azərbaycan, ingilis və rus dillərində, 190 səhifədir. Kitabın tərtibində Müdafiə Nazirliyi və AZƏRTAC-ın fotoşəkillərindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Geodeziya və Kartoqrafiya” MMC-nin xəritələrindən istifadə olunub. 2021-ci ildə “IRS Publishing House” tərəfindən çap edilən bu kitaba “PAŞA Həyat Sığorta” ASC yaxından dəstək göstərib.

“ZƏFƏR Salnaməsi. A chronicle of VICTORY. Хроники ПОБЕДЫ” kitabını oxucu-istifadəçilər UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay