A

13 iyun 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dil mərkəzi olan UNEC Language Center-in təşkilatçılığı (ULC) və “British Council”un dəstəyi ilə “Xarici dilin öyrənilməsində İnnovativ Strategiyalar” adlı  I Beynəlxalq Forum keçiriləcək.

Forumda ali təhsil müəssisələrinin, orta məktəb və tədris kurslarının xarici dil müəllimləri, eləcə də gələcək karyerasını bu sahə üzrə davam etdirmək istəyən şəxslər iştirak edə bilərlər. Forum çərçivəsində xarici dilin tədrisində keyfiyyətin yüksəldilməsi, dil öyrənilməsi zamanı effektiv strategiyalar, bu sahə üzrə aktual problemlər və onların həlli yolları istiqamətində müzakirələrin aparılması nəzərdə tutulub.

Xarici və yerli mütəxəssislərin çıxış edəcəyi forumun sonunda iştirakçılara sertifikat təqdim olunacaq. 

Forumda iştirak ödənişsizdir.  İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.

QEYDİYYAT      

Əlaqə: Tel.:(+994) 55 217 62 64 (Whatsapp)
Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay