A

UNEC-in Mühəndislik fakültəsinin və Ümumi fənlərin tədrisinin təşkili departamentinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar dəyirmi masa formatında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi olduğunu qeyd edib. Elçin Səmədov bildirib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.

Daha sonra çıxış edən əməkdar müəllim, UNEC-in Humanitar fənlər kafedrasının professoru Hidayət Cəfərov “Azərbaycanın dövlət müstəqilliyi Heydər Əliyev dühasının tarixi nailiyyətidir” fikri ilə nitqinə başlayıb. O bildirib ki, XX əsrdə bəşəriyyətin yetirdiyi qeyri-adi istedada malik mütəfəkkirlər, dahi siyasətçilər sırasında Azərbaycan xalqının dünyaya bəxş etdiyi düha, müasir dünya siyasəti tacının incisi olan Heydər Əli Rza oğlu Əliyev özünə məxsus çoxsaylı fərqli istedadı ilə əhəmiyyətli dərəcədə seçilir. Çıxışının sonunda H.Cəfərov parlaq şəxsiyyəti və müdrik dövlətçilik siyasəti, məharətli idarəetmə təcrübəsi olan görkəmli dövlət xadiminin zəngin siyasi irsi, həyat yolu, daxili və xarici siyasəti haqqında da ətraflı məlumat verib.

Sonda Mühəndislik və tətbiqi elmlər kafedrasının baş müəllimi Mətanət Əliyeva mövzu ətrafında fikirlərini bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay