UNEC-də ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda keçirilən konfransın plenar iclası keçirilib.
Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Məmmədovun moderatorluğu ilə keçirilən iclas “Ali təhsilin beynəlmiləlləşməsində UNEC modeli” mövzuda olub. Tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, Qırğızıstan Beynəlxalq Universitetinin professoru Kalibek Abdykadyrov və Yessenov Universitetinin professoru Akhmet Demeyev onlayn iştirak ediblər. Hibrid formada keçirilmiş tədbirdə iştirakçılar Heydər Əliyevin təhsil sahəsindəki uzaqgörən fəaliyyəti barədə məruzələrlə çıxış ediblər. Həmçinin UNEC 100 İnkişaf strategiyası, beynəlmiləlləşmə modelinin perspektivləri haqqında müzakirələr aparılıb.