A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndələri Türkiyə-Azərbaycan Universitetində (TAU) keçirilən “Ali təhsil müəssisələrində ingilis dili hazırlığı və tədrisi: problemlər, çağırışlar və müasir yanaşmalar” mövzusunda vorkşopda iştirak ediblər.

Tədbirin əsas məqsədi ali təhsil müəssisələrində ingilis dili tədrisinin keyfiyyətinin artırılması, tətbiq olunan metodların effektivliyinin qiymətləndirilməsi və mövcud problemlərin müzakirəsi olub.

Vorkşopda UNEC-in Xarici Dillərin Tədrisi Mərkəzinin müdiri, baş müəllim Aynur Mirzəyeva, Təhsil və təlim mükəmməlliyi şöbəsinin müdiri, baş müəllim Sənubər Səfiyeva çıxış edərək universitetdə ingilis dili tədrisinin mövcud vəziyyəti, tətbiq olunan yanaşmalar və qarşıda duran əsas çağırışlar barədə məlumat veriblər.

Eyni zamanda, UNEC nümayəndələri - proqram rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Nigar Mirzəliyeva, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Rəna Məhərrəmova və müəllim Arzu Hacıyeva müzakirələrdə fəal iştirak edərək təcrübə mübadiləsi aparıblar.

UNEC nümayəndələrinin iştirakı ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və ingilis dili tədrisinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

TOP XƏBƏRLƏR