UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva Azərbaycanla yanaşı, Macarıstan, Rumıniya, Polşa, Latviya, Türkiyə və Gürcüstanın ali təhsil müəssisələrindən olan tədqiqatçı xanımlarla onlayn görüş keçirib.
Görüşdə Nərgiz Hacıyeva Xanım Tədqiqatçılar Şurasının missiyası, beynəlxalq və yerli konfranslar, UNEC-də beynəlxalq indeksli jurnallarda dərc olunan elmi məqaləyə görə ödənilən qonorar, birgə elmi tədbirlərin təşkili və elmi məqalələrdə həmmüəlliflik qaydaları barədə mərkəzin üzvləri üçün geniş təqdimatla çıxış edib.
Sonra xanım tədqiqatçılar öz tədqiqat sahələri barədə məlumat verərək, maraqlı və səmərəli elmi müzakirələr aparıblar.