A

Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentində (ÜFTTD) Zəfər Gününə həsr edilmiş “Zəfər zirvəsi” adlı tədbir keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsilə başlanıb.

ÜFTTD-nin direktoru dosent Gülnarə Rzayeva Zəfər Günün bütün Türk Dünyasında iftixar hissi ilə qeyd olunaraq, xalqımızın qürur mənbəyinə çevrildiyini vurğulayıb. Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz mübarizliyini nümayiş etdirdiyi, həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirilib, ərazi bütövlüyünü birmənalı olaraq təsdiqlədiyini bildirib.

Humanitar fənlər kafedrasının dosenti Telman Niftəliyev Azərbaycanın hərbi meydanda qazandığı qələbələrdən və əldə olunan böyük uğurların diplomatik yolla davam etdirilməsinin əhəmiyyətindən söz açıb.

Tədbirdə Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay