A

Dekabrın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI qurultayı keçirilib.

Qurultaydan öncə AHİK-in rəhbərliyi və üzv təşkilatların sədrləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qurultayda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri Rüfət Süleymanlı,Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri İlkan Əliyev, əməkdaşlar və idarə heyətinin üzvləri iştirak ediblər.

Qurultayda mandat, redaksiya və hesablayıcı komissiyaların tərkibi və katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.

Tədbirin gündəliyinə “İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi”, “AHİK-in Bəyanatı haqqında”, “AHİK-in 2018-2023-cü illər üzrə fəaliyyəti”, “Təftiş komissiyasının hesabatı” və “AHİK sədrinin seçilməsi” barədə məsələlər daxil edilib.

Gündəlikdəki “AHİK sədrinin seçilməsi” barədə məsələ ilə bağlı çıxışların əsasında və sədr vəzifəsinə Səttar Möhbalıyev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.

TOP XƏBƏRLƏR