A

UNEC Kitabxana İnformasiya Mərkəzi tərəfindən 20 Yanvar hadisələrinə həsr edilmiş kitablar və dövri nəşrlərdən ibarət müvafiq guşələr yaradılıb, xüsusi poster hazırlanıb və Mərkəzin veb səhifəsində virtual sərgi təşkil olunub.

Tələbələr 20 Yanvar faciəsinə həsr olunan guşələrdə həmin hadisələr barədə müzakirələr aparıblar, foto və kitablarla tanış olublar.

UNEC-in 2 saylı kitabxanası və Türk Dünyası İqtisad Fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsi təşkilatçılığı ilə "20 Yanvar - Ümümxalq Hüzn Günü" nün 34 cü ildönümünə həsr olunmuş tədbir də baş tutub. Tədbirdə kitabxananın müdiri Rəsmiyyə Rzayeva 20 Yanvar hadisələrinin müstəqillik tariximizdəki rolundan bəhs edib.

KİM tərəfindən veb səhifəsində təşkil olunan “20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜ” adlı virtual sərgidə də yaradılıb. Sərgidə müxtəlif müəlliflərin fikirləri və araşdırmaları yer almış əsərləri oxuculara təqdim edilib.

VİDEO

TOP XƏBƏRLƏR