A

22-23 yanvar 2024-cü il tarixlərində Bakı Biznes Universitetində Mingəçevir Dövlət Universitetinin koordinator, UNEC-in tərəfdaş olduğu “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” Erasmus+ layihəsi çərçivəsində “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminə dair aparılmış tədqiqatın hesabat konfransı” baş tutub.

Konfransda Azərbaycanın 20-dən çox ali təhsil müəssisəsinin, həmçinin layihə konsorsiumunun üzvü olan İsveç, İspaniya, Portuqaliya, Estoniya və Polşanın nüfuzlu universitetlərinin nümayəndə heyəti iştirak edib. 

Açılış nitqi ilə çıxış edən edən Bakı Biznes Universitetinin rektoru prof. İbad Abbasov konfrans iştirakçılarını salamlayaraq, layihənin əhəmiyyətindən danışıb. O, inkişaf etmiş ölkələrdə geniş yayılan sahibkar universitetlər modelinin ölkəmizin ali təhsil mühitinə inteqrasiyasını mütərəqqi hal kimi qiymətləndirib.  

Konfrans MDU-nun rektoru dosent Şahin Bayramovun, layihənin koordinatoru Eşqin Bayramovun, konfransın moderatoru Gülşən Bayramovanın, Gəncə Dövlət Universitetinin nümayəndəsi Razim Əliyev və Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin nümayəndəsi Namiq Kərimovun layihə çərçivəsində görülən işlər, eləcə də qarşıda duran vəzifələr barədə çıxışları ilə davam edib.

Sonra MDU, UNEC, AzTU-nin nümayəndələri Samirə Əhmədova, Nərmin İbrahimova və Orxan Vətənxah layihə müddətində qazanılmış təcrübələr haqqında qısa hesabatlar təqdim ediblər. BANM nümayəndələri Altay İsmayılov və İlkin Axundov, eləcə də Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndəsi Şirməmməd Məmmədov “Azərbaycanda ali təhsildə sahibkarlıq ehtiyacları” mövzusunda keçirilən sorğunun nəticələrini qonaqların diqqətinə çatdırıblar.

Xarici tərəfdaş universitetlərin nümayəndələri isə Azərbaycanda sahibkarlıq və universitet dinamikası haqqında fikirlərini bölüşüblər. 

Konfransın ikinci günündə Avropanın tərəfdaş universitetlərindən dəvət olunan qonaqlar “Sahibkarlığın ali təhsil strategiyasına inteqrasiyası”, “Postsovet dövründə: Polşa və Estoniyada ali təhsildə sahibkarlıq”, “Sahibkarlıq kurrikulumunun inkişafı: Avropanın ən yaxşı təcrübələri”, "İnnovasiyaların komersiyalaşdırılması: sahibkarlıq fəaliyyətlərində universitetlərin üçüncü missiyası" mövzularında panel müzakirələr keçiriblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay