Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbində “Konstitusiya və suverenlik ili” çərçivəsində seminar keçirilib.
Tədbirdə tarix üzrə fəlsəfə doktoru Anar Eyyubov çıxış edərək tələbələrə “konstitusiya” və “suverenlik” anlayışlarının həm etimoloji, həm də tarixi-siyasi inkişaf mərhələləri haqqında ətraflı məlumat verib. O, Azərbaycan Konstitusiyasının formalaşmasında milli dövlətçilik ənənələrinin, eləcə də beynəlxalq hüquqi və tarixi təcrübənin ən mütərəqqi elementlərinin nəzərə alındığını vurğulayıb.
Seminar zamanı iştirakçılar konstitusiya quruculuğu, dövlət suverenliyinin təmin olunması və bu prinsiplərin müasir dövrdə əhəmiyyəti ilə bağlı məsələlər ətrafında müzakirələr aparıblar.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.