A

UNEC-in Bloomberg Maliyyə Laboratoriyası tələbələr üçün Maliyyə Bazarları təlimlərinə start verir.

Təlimlərin əsas istiqamətləri Economic Indicators, Currencies, Fixed Income, Equities bölmələrindən ibarətdir. Təlimlər 1 ay davam edəcək və sonda tələbələrin Bloomberg Market Concepts (BMC) sertifikatını əldə etməsi nəzərdə tutulub.

Təlimlər həftənin bazar ertəsi və çərşənbə günü, iki növbədə (10:00/15:00), çərşənbə axşamı və cümə axşamı günü isə səhər növbəsində (10:00) təşkil olunacaq.

Təlimlər Bloomberg Maliyyə Laboratoriyasının rəhbəri Səidə Xəlil tərəfindən keçiriləcək.

Təlimə qoşulmaq üçün tələblər:

  • B1 səviyyə ingilis dili;
  • Maliyyə və iqtisadiyyat ixtisasında təhsil almaq;
  • 81+ ÜOMG.

QEYDİYYAT

Təlimlərə qeydiyyat üçün son tarix: 13 mart

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay