A

UNEC KİM-in 24/7 kitbxanasında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbir tələbə-rektor Aysel Rzazadənin təşkilatçılığı, kitabxananın əməkdaşları və oxucuları, könüllülərinin iştirakı ilə baş tutub.

Tədbirdə Xocalı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

Kitabxana müdiri Arzu Məmmədova Azərbaycan xalqına qarşı törədilmiş keçən əsrin ən ağır faciəsi olan Xocalı soyqırımından söz açıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində ədalətin zəfər çaldığını, Xocalı soyqırımının 32-ci ildönümündə itirilmiş həyatların, məhv olmuş ailələrin, faciə qurbanlarının ah-naləsinin yerdə qalmadığını, qisaslarının alındığını bildirib.

Tədbir çərçivəsində iştirakçılar mövzu ilə bağlı fonddakı kitablarla tanış olublar, bu faciəni öz rəsmlərində əks etdiriblər.   

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay