A

YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev və gənclər siyasəti” mövzusuna həsr olunan tədbir keçirilib.

Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov tədbirin açılışında çıxış edərək, ölkəmizdə uğurlu gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Şaiq Əsgərov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən, gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolundan söz açıb. 

Sonra UNEC-in “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının professoru Rövşən Quliyev “Heydər Əliyev və gənclər siyasəti”, professor Rəsul Balayev isə “Gənclərin hərtərəfli inkişafı Azərbaycanın sosial-iqtisadi tərəqqisinin prioritetidir” mövzularında təqdimatla çıxış ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay