UNEC-in koordinatorluq etdiyi, Lənkəran Dövlət Universitetinin (LDU) tərəfdaş olduğu REFRESH (“Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin azaldılması) layihəsinin LDU-da məlumat günü keçirilib.
Tədbirin məqsədi ölkəmizdə bərpa olunan enerji sahəsində tələbə, müəllim və universitet əməkdaşlarını maarifləndirmək olub. LDU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin Layihələrin idarə olunması üzrə mütəxəssisi Nuri Billurə layihə ilə bağlı təqdimat nümayiş etdirərək, layihənin əhəmiyyəti, hazırkı cəmiyyətdə rolu haqda ətraflı məlumat verib.
Sonra Beynəlxalq əməkdaşlıq şöbəsinin mütəxəssisi Tofiq Əliyev Erasmus+ layihələri barədə tələbələri məlumatlandırıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.