A

UNEC-də Elm günləri çərçivəsində növbəti “UNEC Dissertasiya şuraları və elmi seminarların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müzakirələr” mövzusunda oldu.

Tədbirdə UNEC-in FD 1.11 Dissertasiya Şurasının sədri, professor, əməkdar müəllim Yadulla Həsənli dissertasiya şuralarının mövcud vəziyyəti və müdafiə prosesinin təkmilləşdirilməsi məqsədilə təqdimatla çıxış edib.

Sonra isə ED 2.10 Dissertasiya Şurasının sədri professor Yaşar Kəlbiyev dissertasiya işlərinin keyfiyyətinin artırılması, dissertasiya işlərinin elmi yeniliyi və elmi dəyərinin müəyyən edilməsi, elmi seminarların operativ təşkili ilə bağlı məlumat verib.

Təqdimatlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb və təkliflər səsləndirilib.

Tədbirin sonunda dissertasiya işlərinin keyfiyyətinin artırılması, nöqsanların aradan qaldırılması üçün həmrəyliyin nümayiş etdirilməsi, elmi seminarlarda prosedur pozuntularının qarşısının alınması, plagiatla bağlı daxili qaydaların nəzərə alınması, dissertasiya işlərində opponent və rəyçilərin məsuliyyətinin artırılması, doktorantların tədqiqat bacarıqlarının artırılması istiqamətində təlimlərin təşkili, elmi tədqiqat sahəsi üzrə ixtisaslaşmış elmi rəhbərlərin təyin edilməsi, aktual mövzu bankının yaradılması, doktorantura proqramının müasir şəkildə təşkili, müdafiənin keyfiyyətinin artırılması və bu istiqamətdə ortaya çıxan problemlərin birgə həllinə dair müvafiq qərarlar qəbul edilib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay