A

UNEC-də Elm Günləri çərçivəsində növbəti tədbir “UNEC bakalavr tələbələrinin tədqiqat bacarıqlarının artırılması yollarının müzakirəsi” mövzusunda olub.

UNEC Tələbə Elmi Cəmiyyətinin sədri Jalə Teymurlu TEC-in fəaliyyəti və missiyaları haqqında təqdimatla çıxış edib.

Sonra tədbir iştirakçıları mövzu ilə bağlı müzakirələr aparıblar.

Müzakirələrin sonunda tədqiqata həvəsli olan tələbələrin müəyyən edilməsinin vacibliyi və onlara dəstək göstərilməsi, özəl sektorların maraq kəsb etdiyi sahələrdə tələbələr tərəfindən tədqiqatların aparılması, tədqiqat metodlarının öyrənilməsi və akademik yazı bacarıqlarının artırılması istiqamətində bakalavr tələbələri üçün təlimlərin təşkili, tələbələrə tədqiqat qabiliyyətinin qazandırılması üçün dəstəyin göstərilməsi, tədqiqat layihələri haqqında məlumatın tələbələrə düzgün və zamanında çatdırılması, eləcə də bakalavrların tədqiqat bacarıqlarının formalaşdırılması, tədqiqat potensialına malik gənclərin kəşf edilməsi və müəllimlərin prosesdə iştirakının aktiv təmin olunması, «A» kateqoriyalı konfransa məqalələri qəbul olan tələbələrə dəstəyin göstərilməsi, tədqiqat metodlarının fənninin seçmə fənn kimi vacibliyi nəzərə alınması ilə bağlı zəruri qərarlar qəbul edilib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay