A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və Sənaye fakültəsinin Tələbə Elmi Cəmiyyətində (TEC) Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr edilən “Heydər Əliyevin Azərbaycan iqtisadiyyatına verdiyi töhfə” mövzusunda konfrans keçirilib.

Fakültə dekanı Asiman Quliyev  və Sosial sferanın iqtisadiyyatı və idarə olunması kafedrasının müdiri Əli Əlirzayev Azərbaycan iqtisadiyyatının formalaşmasında və inkişaf etməsində Ulu öndərin əvəzsiz rolundan bəhs ediblər, tələbələrin tədqiqat bacarıqlarının formalaşmasında konfransın mühüm əhəmiyyətini vurğulayıblar.

Tələbələrin məruzələri dinlənildikdən sonra konfrans işini müzakirələrlə davam etdirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay