A

UNEC-in “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrası və “Rəqəmsal iqtisadiyyat Tədqiqat Mərkəzi” tərəfindən birgə təşkil edilən “UNEC-də kitab müzakirələri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Kitab müzakirəsi Türkiyənin Qazi Universitetinin Qazi Təhsil Fakültəsinin Kompüter və Tədris Texnologiyaları Təhsili bölümünün dosenti, eyni zamanda UNEC “Rəqəmsal iqtisadiyyat” Tədqiqat Mərkəzinin üzvü, Dr. Hüseyn Çakırın həmmüəllifliyi və həmredaktorluğu ilə dərc olunan “Bilişim teknolojileri güvenliği” kitabının hibrid formada təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan kafedranın dosenti Təranə Əliyeva təqdim olunan bu kitabın informasiya təhlükəsizliyi sahəsində həm tələbələrin, həm də cəmiyyətin bütün təbəqələrindən olan insanların sahə üzrə məlumatlılığının artmasında multidisiplinar məzmuna malik olduğunu vurğulayıb.

Fakültə dekanı dos. Elman Cəfərov təqdim olunan kitabın UNEC-in kitabxana fonduna alınmasını bildirib, UNEC və Qazi Universiteti arasında davamlı elmi-pedaqoji əlaqələrin daha da genişləndirilməsi təklifi ilə çıxış edib.

Sonra Dr. Hüseyn Çakır “Bilişim teknolojileri güvenliği” kitabının yazılma məqsədi və hədəfləri haqqında, kitabın informasiya texnologiyalarının müxtəlif sahələrində təhlükəsizlik problemlərini əhatə edən 21 fəsli barədə ətraflı məlumat verilib.  

Təqdimatın sonunda Dr. Hüseyn Çakır tələbələrin bütün suallarını cavablandırıb,  kafedra əməkdaşları kitab haqqında öz müsbət fikirlərini bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay