A

“UNEC-də kitab müzakirələri” silsilə tədbirləri çərçivəsində Ümumi fənlərin tədrisinin təşkili departamentinin “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müəllimi Afət Ələkbərovanın təqdimatında Yelena İqnatyevanın "Beynəlxalq işgüzar etika" (Елена Игнатьева "Международный деловой этикет на примере 22 стран") kitabının müzakirəsi keçirilib.

Görüş UNEC Kitabxana İnformasiya Mərkəzinin təşəbbüsü, "Karyera planlaşdırılıması və inkişafı" kafedrasının təşkilatçılığı və "UNECafe"nin dəstəyi ilə təşkil olunub.

Müəllim və tələbələrin iştirak etdiyi müzakirədə "Karyera planlaşdırılıması və inkişafı" kafedrasının müəllimi Afət ƏLəkbərova çıxış edərək kitab barədə məlumat verib. Bildirib ki, iki hissədən ibarət olan kitabda beynəlxalq işgüzar etiket qaydaları, Avropa, Amerika və Asiyanın işgüzar dairələrinin ənənələri haqqında məlumat verilir. Kitabın birinci hissəsində  işgüzar danışıqların aparılması, rəsmi tədbirlərin təşkili, insanların iş həyatına aid suallar cavablardırılıb. İkinci hissəsi isə 22 ölkənin işgüzar etiketinin xüsusiyyətlərinə həsr olunub. Bundan əlavə, kitabda etiket qaydalarının yaranma tarixi, işgüzar etiket qaydalarına əməl edilməməsi ilə bağlı tarixi faktlar da yer alıb.

Dinləyicilər tərəfindən maraqla qarşılanan çıxışlardan sonra müzakirə olunan kitab UNEC Kitabxana İnformasiya Mərkəzinə hədiyyə olunub.

TOP XƏBƏRLƏR