A

UNEC-in “Tətbiqi iqtisadiyyat” kafedrasında yaşıl iqtisadiyyata həsr olunmuş elmi seminar keçirilib.

Seminarda kafedra müdiri dos. Sevinc Abbasova yaşıl iqtisadiyyatın təbii ehtiyatların qorunması və davamlı inkişaf kontekstində Azərbaycanın prioritet istiqamətlərindən olduğunu bildirib. O, ölkənin zəngin neft və qaz ehtiyatlarını nəzərə alaraq, yaşıl iqtisadiyyata keçidin iqtisadiyyatı şaxələndirəcəyini və karbohidrogenlərdən asılılığı azaldacağını vurğulayıb.

Seminarda “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti Elmira Qocayeva “Dayanıqlı iqtisadi inkişafın təmin edilməsi kontekstində yaşıl iqtisadiyyat” mövzusu ilə çıxış edərək, Azərbaycanda yaşıl enerjinin, xüsusilə külək və günəş enerjisinin inkişafı istiqamətində görülən işlərdən danışıb. E. Qocayeva Qaradağ Günəş elektrik stansiyasının 110 minə yaxın evi elektrik enerjisi ilə təmin edəcəyini və onun işə salınmasının isə ildə 200 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacağını bildirib.

Mövzu ilə bağlı zoom vasitəsilə elmi seminara qoşulan Moldova İqtisadi Təhsil Akademiyasının Milli İqtisadi Tədqiqatlar İnstitutunun dosenti, i.e.d. Tatyana Qutyuma da çıxış edib.

Elmi seminarın sonunda məruzəçilər tələbə və müəllimləri maraqlandıran sualları cavablandırıblar. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay