A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “UNEC-də kitab müzakirələri” adlı silsilə tədbirlər çərçivəsində növbəti müzakirə keçirilib.“Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının təşkilatçılığı, UNEC KİM-in dəstəyi ilə kafedranın müəllimi İbrahim Niftiyevin təqdimatında “Böyümənin idarə edilməsi” (Endryü Lester) kitabının müzakirəsi baş tutub.

Müzakirə əsnasında kitabda bəhs edilən menecment praktikasının əsasən kommersiya təşkilatları üçün hansı tövhə və faydaları təmin etdiyi, kitabın universitetlərdə tədris üçün uyğunluğu və qeyri-kommersiya təşkilatlarında da kitabda bəhs edilən prinsiplərin tətbiqinə dair məlumatlar verilib. Daha sonra, “Böyümənin idarə edilməsi”-nin həm elmi-populyar, həm də akademik material kimi istifadəsinə dair fikir mübadiləsi aparılaraq, aktual çağırışlar və mövcud problemlər haqda müzakirə edilib.

Sonda mövzu çərçivəsində kitabın təqdim etdiyi fikirlərin və texnikaların praktikada istifadəsinə dair fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay