A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatoru olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində yerli tərəfdaş universitetlərdə (Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti) təlimlər keçirilib.

Sözügedən tədbirdə yerli tərəfdaşların nümayənədələri cari ilin 15-19 aprel tarixlərində REFRESH layihəsi çərçivəsində Danimarka Texniki Universitetində (DTU) keçirilmiş təcrübə səfərində öyrənilənlərin yerli auditoriyaya ötürülməsini həyata keçirib.

Təlimdə DTU-nun Dayanıqlı enerji sistemləri ixtisası üzrə bakalavr və magistratura səviyyəsinin tədris proqramları, tədris prossesi haqqında, DTU Mühəndislik fakültəsinin Gələcək enerji ixtisası fənlər və qəbul şərtləri, eləcə də Danimarkanın külək enerjisi və dayanıqlı enerji texnologiyaları ixtisasları üzrə tədris proqramları, tədris olunan fənlər və qəbul tələbləri haqqında ətraflı məlumat verilib.

Təlimdə yerli universitetlərin alternativ və bərpa olunan enerji mənbələri üzrə tədris edən akademik nümayəndələri, eləcə də tələbələr iştirak edib.

TOP XƏBƏRLƏR