A

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı UNEC-in tədbirlər planına müvafiq olaraq, nadir və nəsli kəsilmək təhlükəsi altında olan balıq körpələrinin təbii su hövzələrinə buraxılması həyata keçirilib.

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29), “Yaşıl dünya naminə həmrəylik ili”, “Yaşıl UNEC” ili və “Beynəlxalq Biomüxtəliflik günü” ilə əlaqədar 22 may 2024-cü il tarixində “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin birgə təşkilatçılığı, UNEC-in professor-müəllim heyətinin iştirakı ilə “Balıq körpələrinin təbii su hövzələrinə buraxılması” tədbiri təqdirə hal kimi qiymətləndirilib.

UNEC-in Ekologiya mühəndisliyi ixtisasının rəhbəri, dosent Mövlud Hüseynov və dosent Ramil Sadıqovun iştirak etdiyi tədbirdə balıq populyasiyalarının təbii artımına və bərpasına dəstək  göstərilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin nəzdində fəaliyyət göstərən Kiçik Qızılağac Balıqartırma Təsərrüfatında yetişdirilən 2.465.000 ədəd çəkikimi balıq körpəsi Lənkəran rayonu Qızılağac Milli Parkı ərazisindən Xəzər dənizi ilə əlaqəli Sınıqkörpü kanalına buraxılıb.

Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Lənkəran rayon İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis İdarəsi, 1 saylı Regional Ekologiya İdarəsi, Azərbaycan Dövlət İqtisad Universiteti, Lənkəran Tibb Kollecinin nümayəndələri və məktəblilərin iştirakı ilə keçirilib.

TOP XƏBƏRLƏR