A

UNEC-də kitab müzakirələri çərçivəsində növbəti tədbir baş tutub. Tədbirdə MIT-nin professoru Tomas H.Kormanın müəllifi olduğu və “Amazon” şirkətində mühəndis kimi çalışan həmyerlimiz, sahə üzrə gənc mütəxəssis Adil Əliyevin Azərbaycan dilinə tərcümə etdiyi “Alqoritmlərin sirri” kitabı müzakirə olunub.

Tədbirdə Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dos. Elman Cəfərov çıxış edərək, UNEC-də keçirilən kitab müzakirələrinin əhəmiyyətindən danışıb.

Sonra “Rəqəmsal Texnologiyalar və Tətbiqi İnformatika” kafedrasının dosenti Təranə Əliyeva təqdimatı keçirilən “Alqoritmlərin sirri” kitabının Azərbaycan dilində yazılmış vəsait olmaqla tədris üçün faydalı olacağını xüsusilə qeyd edib.

Kafedranın gənc müəllimi Nuranə Talıbzadə alqoritmləri daha geniş auditoriyaya açmaq üçün unikal olan bu kitabın müəllifləri, fəsilləri və fənn proqramına uyğunluğu haqqında geniş təqdimatla çıxış edib.

Uzun illər “Alqoritmlərin analizi və hazırlanması üsulları” və “Verilənlərin strukturları və alqoritmlər” adlı fənləri tədris edən bir pedaqoq kimi kafedranın dosenti Kamil Məmtiyev sahə üzrə maraqlı mülahizələrini səsləndirib, İT sahəsində alqoritmlərin düzgün qurulmasının vacibliyini vurğulayıb.

 Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay