A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin “Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə kafedranın dosenti Leyli Həmidovanın  “Azərbaycan tarixi (XV əsr)” adlı dərs vəsaitinin müzakirəsi keçirilib.

Kafedra müdiri prof. Vəkil Həsənov, kafedranın prof. Nizami Süleymanov kitabda bir sıra tarixi hadisələrin yeni mənbələr əsasında araşdırıldığını bildirərək, təqdim olunan nəşrin  tədris prosesində əhəmiyyətindən danışıblar.

Kitabın müəllifi dos. Leyli Həmidova dərs vəsaitinin yazılmasında Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə tarixçilərinin əsərlərindən də geniş istifadə etdiyini bildirib.

Müzakirələr zamanı kafedranın əməkdaşları rrof. Zakir Məmmədəliyev, dosentlər Yusif Fərzəliyev,  Xədicə Abbaslı, baş müəllim İbrahim Babayev kitab barədə fikirlərini bölüşüblər.

Sonda müəllif iştirakçıların suallarını cavablandırıb.

TOP XƏBƏRLƏR