A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin “Humanitar fənlər” kafedrasında “İşğal olunmuş ərazilərdə ekoloji terror” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan kafedra müdiri, prof. Vəkil Həsənov COP-29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti barədə qısa məlumat verib.

Sonra kafedranın baş müəllimi İbrahim Babayev “İşğal olunmuş ərazilərdə ekoloji terror” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı işğal dövründə Azərbaycanın flora və faunasına, mədəni irsinə qarşı Ermənistanın həyata keçirdiyi ekoloji terrorun ağır nəticələri faktlarla göstərilib. Eyni zamanda həmin ərzilərdə dövlətimizin həyata keçirdiyi bərpa və quruculuq işlərindən bəhs olunub.

TOP XƏBƏRLƏR