A

UNEC-də böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Artıran söz qədrini sidq ilə qədrin artırar...”mövzusunda seminar keçirilib.

Seminarda Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD) direktoru dosent Gülnarə Rzayeva çıxış edərək, Məhəmməd Füzulinin adının Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, ədəbi dilin yaradıcılarından biri kimi əbədi həkk olduğunu diqqətə çatdırıb. O, M.Füzulinin Nəsimidən sonra ana dilimizdə Azərbaycan şeirinin ən gözəl nümunələrini yaratdığını qeyd edib.

“Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli mütəfəkkir şair Məhəmməd Füzulinin söz dünyasından bəhs edib.

Sonra kafedranın dosenti Günal Səfərli geniş məruzə ilə çıxış edərək, dahi Füzulinin irsini fəlsəfi yöndən dəyərləndirib.

Tədbir kafedranın dosentləri Aybəniz HüseynovaGülbəniz İsmayılzadə, baş müəllim Könül İbrahimova və digərlərinin M.Füzuli haqqında maraqlı çıxışları ilə davam edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay