A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan dili” kafedrası və Ümumi fənlərin tədrisinin  təşkili departamentinin (ÜFTTD) birgə təşkilatçılığı ilə “Tariximizin dahiləri” adlı kitabın təqdimatı keçirilib.

Kitab Türkiyə Cumhuriyyəti Mədəniyyəti və Turizim Nazirliyi, Türkiyənin Xaricidə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi (YTB) və Gəncliyə Yardım Fondunun (GYF) iş birliyi ilə həyata keçirilən “Təfəkkür dünyamızın ulduzları” layihəsi çərçivəsində hazırlanıb.

Tədbirdə kafedranın müəllimi Samirə Əhmədova çıxış edərək, kitab barədə məlumat verib.  Qeyd edib ki, kitabda tariximizin, ədəbiyyatımızın görkəmli simaları - Hüseyn Cavid, Əhməd Cavad, Almaz İldırım, Bəxtiyar Vahabzadə, həmçinin Türk ədəbiyyatının görkəmli nümayəndələrinin bədii yaradıcılığı, elmi fəaliyyəti haqqında geniş araşdırmalar öz əksini tapıb.

Təqdimatda kafedranın müdiri professor Tofiq Əbdülhəsənli, ÜFTTD-nin direktoru dos. Gülnarə Rzayeva, dosentlər Aybəniz Hüseynova, Gülbəniz İsmayılzadə, Günal Səfərli, Könül İbrahimova və başqaları çıxış edərək, kitabın bədii məzmunundan, əhəmiyyətindən söz açıblar.

TOP XƏBƏRLƏR