A

UNEC-in Ümumi Fənlərinin Tədrisinin Təşkili Depatamentinin (ÜFTTD)  "Karyera Planlaşdırılması və İnkişafı" kafedrasının təşkilatçılığı ilə “Müasir əmək bazarı və süni intellekt” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə universitet əməkdaşları və tələbələr iştirak ediblər. Seminarda kafedranın müəllimi,  Dövlət Məşğulluq Agentliyinin əməkdaşı, peşəkar karyera məsləhətçisi Lalə Paşayeva  əmək bazarının müasir dövrdə tələbləri, XXI əsr bacarıqlarının önəmi, süni intellekti əsaslı öyrənmə alətləri və mövzu ilə bağlı digər maraqlı məlumatları iştirakçılarla bölüşüb.

Təqdimatdan sonra  tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay