A

UNEC-də ÜFTTD-ninKaryera Planlaşdırılması və İnkişafı” kafedrasının təşkilatçılığı ilə növbəti kitab müzakirəsi  keçirilib.

Bu dəfəki müzakirə kafedranın müəllimi Sevda Zeynalovanın təqdimatında Johan Harinin “Kaybolan bağlar” adlı kitabı barədə olub.

Təqdimat zamanı Sevda Zeynalova bir çox ölkədə böyük maraqla mütaliə edilən kitabın qısa məzmunu və əhəmiyyəti barədə iştirakçılara məlumat verib. O, kitabda depressiya və özünəqapanma hallarının, cəmiyyətlə münasibət, emosional sağlamlıq kimi mövzuların yer aldığını bildirərək, problemin həlli yolu kimi insanlarla sosial münasibətləri gücləndirməyi, təbiətlə daha çox təmasda olmağı və sosial dəstəyi artırmağı tövsiyə edib.

Sonda müzakirələrdə aktiv iştirak edən tələbəyə kitab hədiyyə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay