UNEC-də insan resursları idarəetməsində səmərəliliyi davamlı yüksəltmək məqsədilə inzibati heyətin üçün nəzərdə tutulmuş təlimlər davam edir.
Bu dəfəki təlim “İşəgötürən brendinin yaradılması” mövzusunda olub. Biznes Mərkəzinin direktoru Şahbazlı Mübariz təlim iştirakçılarına işəgötürən brendinin əhəmiyyəti, onun müasir iş mühitində necə formalaşdırıldığı, eləcə də brendin yaradılması üçün əsas strategiyaları təqdim edərək, real nümunələr üzərində təhlillər aparıb. O, brendin işəgötürən üçün əmək bazarında yaratdığı rəqabət üstünlüyündən də danışıb.
Sonra iştirakçılar arasında interaktiv müzakirələr də aparılıb.