A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Fəaliyyətin Təşkili Şöbəsinin müdiri və UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri, siyasi alim Nərgiz Hacıyeva dünyanın nüfuzlu alimlərinin, emeritus professorlarının və Humboldt mükafatçılarının iştirakı ilə Almaniyanın Münhen Konfliktlərin Həlli Araşdırmaları Mərkəzi tərəfindən təşkil olunan Adam Smith Elmi Seminarında iştirak edib.

Seminarda Nərgiz Hacıyeva “Post-Sovet məkanında qanunsuz bazar fəaliyyətləri: işğal olunmuş ərazilərdə idxal və ixrac həcmlərinin qiymətləndirilməsi” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə Qarabağ, Cənubi Ossetiya və Abxaziya nümunəsində qanunsuz idxal və ixrac fəaliyyətləri, qanunsuz iqtisadi fəaliyyətlərin heterogen xarakteri, qanunsuz transsərhəd əməliyyatları, bu proseslərdə iştirak edən qeyri-qanuni beynəlxalq şirkətlərin fəaliyyəti, qızıl və mis yataqlarının qanunsuz istismarı, qanunsuz mal dövriyyəsinin konfiskasiyası, onların hüquqi-iqtisadi  əsaslandırılması və iqtisadi-dövlət gəlirlərinə təsiri kimi məsələlər təhlil edilmişdir.

O,  bu platformada ilk dəfə çıxış edən gənc xanım alimdir, Azərbaycanı və UNEC-i Adam Smith Seminarında təmsil edən ilk tədqiqatçıdır.

Sonda  Nərgiz Hacıyevaya professorlar tərəfindən çoxsaylı suallar ünvanlanmış, onun təqdimatı və mövzuya yanaşması tədbir iştirakçılarının böyük marağına səbəb olub.

TOP XƏBƏRLƏR