A

UNEC-in "Tətbiqi iqtisadiyyat" kafedrasının və Daşkənd Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat: imkanlar və çağırışlar” adlı onlayn beynəlxalq elmi-praktiki seminar keçirilib.

Seminarda kafedranın müdiri dosent Sevinc Abbasova, ixtisas rəhbəri Lalə Həmidova, dosent Elmira Qocayeva və Daşkənd Dövlət İqtisad Universitetinin əməkdaşları iştirak ediblər. Çıxışlarında “Yaşıl iqtisadiyyat” prinsipləri əsasında davamlı inkişafın təmin edilməsi, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatı və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi barədə fikirlərini bölüşüb, alternativ enerji vasitələrindən istifadənin genişləndirilməsi, təbii sərvətlərdən səmərəli istifadənin vacibliyindən bəhs ediblər.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR