UNEC-də “Avropa İttifaqı layihələrində təsirin maksimallaşdırılması” mövzusunda vebinar keçirilib
Vebinar Jean Monnet Modul EUPMO – Avropa İttifaqında Effektiv Layihə İdarəetməsi: “Ən yaxşi təcrübələr və nümunələr” fənninin tədris heyətinin üzvü Rauf Məmmədov tərəfindən aparılıb və Aİ tərəfindən maliyyələşdirilən layihələrin təsirini artırmaq üçün effektiv strategiyalara həsr olunub.
Sessiyada layihələrin dayanıqlığı, maraqlı tərəflərin cəlb edilməsi, təbliğat metodları və Avropa tədqiqat və təhsil mühiti ilə effektiv əməkdaşlıq kimi əsas mövzular müzakirə edilib. İştirakçılar layihələrin uzunmüddətli uğurunu və vizuallığını təmin etmək üçün vacib metodlar haqqında ətraflı məlumat əldə ediblər. Eyni zamanda real nümunələr və interaktiv müzakirələr vasitəsilə Aİ-nin prioritetlərinə uyğun layihələrin daha effektiv həyata keçirilmə üsullarını öyrəniblər.
Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb və layihələrin təsirini artırmaq məqsədilə fikir mübadiləsi aparılıb.