A

UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri, siyasi alim Nərgiz Hacıyevanın həmmüəllifi olduğu Science and Education as Pillars of Post-Conflict Recovery: Lessons from Azerbaijan’s Karabakh Region adlı ilk elmi əsər Elsevier nəşriyyatına məxsus olan Scopus və Web of Science indeksli, Q1 kvartilli, Böyük Britaniyanın nüfuzlu “International Journal of Educational Development”-də nəşr olunub.

O, Miçiqan Universitetində Weiser alimi kimi tədqiqat apardığı dövrdə ABŞ-ın nüfuzlu Miçiqan Universitetinin Ross Biznes Məktəbinin həm direktoru, elmi rəhbəri professor John Branch və Qarabağ Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, dos.Fariz Əhmədovla birgə hazırlanıb. 

Məqalə işğal olunmuş və ya münaqişələrdən təsirlənən ərazilərdə təhsilin rolu, Qarabağda elm və təhsilin yenidən bərpa olunmasına həsr olunub.

TOP XƏBƏRLƏR