A

UNEC-də əməkdaşlar üçün “PR və kommunikasiya strategiyası” mövzusunda təlim təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədovanın apardığı təlimdə iştirakçılara ictimaiyyətlə əlaqələrin əsas prinsipləri, PR alətləri, media ilə effektiv ünsiyyət qurma üsulları, brend imicinin formalaşdırılması və kommunikasiya strategiyalarının hazırlanması barədə ətraflı məlumat verilib. Təlim zamanı UNEC-in ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətində tətbiq olunan müasir yanaşmalar və kommunikasiya alətləri barədə təcrübə də iştirakçıların diqqətinə çatdırılıb.

TOP XƏBƏRLƏR