A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Elçin Eyvazov, “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədov, fakültənin professor-müəllim heyəti və AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin direktor müavini Ramiz İsgəndərov iştirak edib.

Ramiz İsgəndərov çıxışında AMEA-nın yaranma tarixi, elmi inkişaf mərhələləri və bu illər ərzində həyata keçirilmiş mühüm elmi tədqiqatlardan bəhs edib. O, həmçinin Respublika Seysmoloji Xidmət Mərkəzinin fəaliyyəti, ölkədə aparılan seysmoloji müşahidələr və bu sahədə əldə olunan nəticələr haqqında ətraflı məlumat verib.

Sonda tələbləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR