A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun birgə təşkilatçılığı ilə fakültələrarası futbol turniri keçirilib.

Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində baş tutan “Şanlı Zəfər 5” fakültələrarası futbol turnirində qalib komandalar aşağıdakı kimi müəyyən olunub:

I yer – “İSE SC” (Beynəlxalq İqtisadiyyat Məktəbi)

II yer – “Vila Nova FC” (Maliyyə və mühasibat fakültəsi)

III yer – “Menecment FC” (Biznes və menecment fakültəsi)

Sonda qalib komanda üzvləri kubok, diplom və medallarla təltif olunublar.

Turnirin əsas məqsədi tələbələr arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və həmrəylik ruhunun gücləndirilməsidir.

TOP XƏBƏRLƏR